Xalq artistinə yeni vəzifə verildi

MƏDƏNİYYƏT
18:20 / 27.09.2024
958

Xalq artisti Şəfiqə Məmmədovaya yeni vəzifə verilib.

Qaynarinfo xəbər verir ki, aktrisa Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi təyin olunub. 

Sentyabrın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib. İclasda milli kinonun hazırkı problemləri müzakirə olunub və bəyanat qəbul edilib. 

Bundan əlavə iclasda AKİ-yə yeni üzvlər də qəbul edilib. Həmçinin Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin 6.12-ci bəndinə əsasən, AKİ-nin katiblərini təyin edib. Qərarla Şəfiqə Məmmədova birinci katib, rejissor Əli İsa Cabbarob icraçı katib təyin olunub.

Katiblər:
Rzayev Anar Rəsul oğlu 
Bədəlov Nadir Xadmətulla oğlu 
Əli Akif Əli oğlu 
Əliyev Tahir Cabbar oğlu 
Hüseynova Türkan Siyasət qızı 
Mustafayev Vaqif Behbud oğlu 
Mənsimov Baba Vəzir oğlu 
Mirzəyev Ramiz Həsənağa oğlu 
Ömərova Həmidə Məmməd qızı 
Səfərəliyev Oleq Mirzəağa oğlu
Səlimli Mirbala Seyidəsgər oğlu 
Şıxlinski Ziya Ənvər oğlu

0