“Opera sənəti, klassik musiqi təbliğ edilmir” - Xalq artisti

MƏDƏNİYYƏT
19:05 / 01.10.2024
40

“Son zamanlar efirlərdə klassik musiqi, opera sənətinin təbliği ilə bağlı heç bir iş görülmür. Biz Azərbaycan klassik musiqisinin dünyada təbliğini istəyirik, amma bunu özümüz eləmirik, eləməliyik”.

Bu fikirləri Hit.az-a Xalq artisti Fidan Hacıyeva səsləndirib .

Müğənni bildirib ki, öz yaratdığı musiqi məktəbində və opera studiyasında gənc istedadları yetişdirməklə yanaşı, onların sənətinin işıqlandırılmasına da cəhd edir:

“Gənclik stimul almalıdır. Onlar pop musiqi ifa etmirlər ki, hər yerdə görünə bilələr. Bu mənada onlara efir saatları verilməli, verilişlərə dəvət almalıdırlar ki, istedadlarını göstərə bilsinlər".

Murad

0