Neçə gündür Aşıq Ələsgərin heykəli ilə bağlı müzakirələr səngimir. “Ay bu aşıq sazı niyə belə yox, belə tutub, niyə baş üstünə qaldırıb, niyə filan eləyib?”.
Bu danışanların hansı aşığın həyatını, yaradıcılığını dərindən bilir? Məsələn, mən heykəltəraşın dilindən eşidəndə bildim ki, aşığın boyu 2 metr 10 santimetr olub. Aşığın sazını solaxay tutmasına irad bildirənlər bilmirdilər ki, o həqiqətən solaxay olub. Heykəlin müəllifi professordur. 12 ilini araşdırmalara həsr edib. Bilirsinizmi ki, erməni müsəlman davasında aşığı daşnaklar öz dəyirmanında tutub, öldürmək istəyəndə, ermənilərin başçısı etiraz edib, deyib o vergili bir insan kimi toxunulumazdır.
Aşıq Ələsgər heykəli sıradan bir heykəl deyil. Araşdırmadır, tədqiqatdır, çağırışıdır.
Əslində qəribədir ki, Bakıda hələ indi aşıq heykəli ucaldılıb. Meyxanaçıların piri sayılan Vahidə illər öncə abidə ucaldılmışdı, özü də ən qeyri adi formada. Heç kəs də səsini çıxarmamışdı.
Məncə şəhərdəki ən maraqlı və ən bəyəndiyim heykəl, Vahidin heykəlidir.
Murad