"Səxavət bizdən etibarlı çıxdı, Ağdamı tərk etmədi" - VİDEO

MƏDƏNİYYƏT
22:55 / 19.10.2024
29
"Xəzər axşamı" komandası Əməkdar artist Firuz Səxavətlə birlikdə mərhum xanəndə Səxavət Məmmədovun məzarını ziyarət edib.
 
Qaynarinfo xəbər verir ki, sənətçi 30 il sonra ilk dəfə qardaşının məzarı önünə gələrkən keçirdiyi hisslərdən danışıb:
 
"Öz-özümə danışa-danışa gəldim Səxavətin məzarına. Onunla xeyli söhbət etdim. Səxavət bizdən etibarlı çıxdı. Heç vaxt Ağdamı tərk etmədi. Amma biz 30 il də olsa, tərk etdik. İnanırdım ki, Səxavətin məzarı oradadırsa, biz Ağdama qayıdacağıq".
 
Qeyd edək ki. xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib.

0