“Milli teatrları çıxsaq, qalan teatrlar acınacaqlı vəziyyətdədir”.
Bunu Hit.az-ın teatrların vəziyyəti ilə bağlı verdiyi suala cavab olaraq Əməkdar artist Rauf Ağakişiyev deyib.
Onun sözlərinə görə, bəzi teatrlar rejissor cəhətdən əziyyət çəkir:
“İndiki vəziyyəti soruşursunuzsa, acınacaqlıdır. Bir-iki milli teatrı çıxsaq, qalan teatrlar ürək ağlayır. Həm verilən məvacib azdı, həm də rejissorlar. Əziyyət çəkirlər. Teatrlar kateqoriyalara bölündüyü üçün maaşlar da fərqli olur. Birinci və ikinci kateqoriya teatrı. Düzdür, gənc rejissorlar var. Amma nə yalan deyim, onların bugünki iş prinsipi məni qane etmir. Hər bir aktyor istəyir ki, yaxşı rejissorlarla işləsin”.
Murad