“O dövrdə 400 nəfərlik bir zal asanlıqla dolurdu, çünki hər kəsin marağı var idi. Lakin bu gün 400 nəfərlik zalı doldurmaq daha çətin bir işdir”.
Bu sözləri Hit.az-a Sumqayıt Dram Teatrının baş rejissoru, xalq artisti Firudin Məhərrəmov deyib.
Onun sözlərinə görə bu da nəticə etibarı ilə teatra olan marağın azalmısına səbəb oldu.
“İlk olaraq, sovet dövründə teatra gələnlər haqqında danışmaq istərdim. O zamanlar əyləncə imkanları çox məhdud idi, buna görə də teatr zalı həmişə dolu olurdu. Tamaşaçılar günlərini xoş keçirmək üçün teatra gəlirdilər.
Sovet İttifaqı dağıldıqdan sonra isə əyləncə vasitələri artdı, internet və digər yeni əyləncə növləri meydana çıxdı. Bu da nəticə etibarı ilə teatra olan marağın azalmısına səbəb oldu.
Bununla yanaşı, teatr canlı sənət növüdür və heç vaxt ölməz. Teatrı sevən, onu izləyərək mədəni istirahət edən çoxsaylı insanlar var. O dövrdə 400 nəfərlik bir zal asanlıqla dolurdu, çünki hər kəsin marağı var idi. Lakin bu gün 400 nəfərlik zalı doldurmaq daha çətin bir işdir. Ümumilikdə isə Sumqayıt kimi yerlərdə teatr zalları 400 nəfərlik olmamalıdır; ən yaxşısı 300 nəfərlik bir zal olmalıdır. Hər halda, ümumi vəziyyətdə tamaşaçı qıtlığı yoxdur”.
Murad