Azərbaycan Prodüserlər Gildiyasında narazılıq yaranıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 20-dən çox prodüser Gildiyanı tərk edib.
Buna səbəb qurumun yeni rəhbərliyinin yürütməyi planlaşdırdığı siyasətdən narazılıq olub. Belə ki, bu günlərdə qurumun yığıncağı keçirilib və yeni rəhbərlik seçilib. Daha doğrusu, iki dönəm əvvəl quruma rəhbərlik etmiş sədr yenidən bu posta qayıdıb. Qeyd edək ki, ondan sonra Gildiyaya daha iki sədr başçılıq edib.
Lakin bu dəfə yığıncaqda çox az sayda üzv iştirak edib və sədr kiçik səs faizi ilə seçilib.
Bəzi prodüserlər isə yeni rəhbərliyin əvvəlki fəaliyyətindən narazı qaldıqları üçün təşkilatdan ayrılmaq qərarına gəliblər.
Onlar yeni rəhbərliyin Prodüserlər Gildiyasının gələcəyi üçün perspektiv vəd etmədiyinə inanır. Buna görə 20-dən çox prodüser Gildiyadan istefa verib.