Azərbaycan musiqisi niyə ağlar günə qalıb?

MƏDƏNİYYƏT
21:21 / 22.01.2025
53

Minillər bundan əvvəl yaranan mahnılar var ki, bütün zamanların sərt sınağına dözüm göstərərək xalq mahnıları libasında günümüzə gəlib çıxıblar. 

Mahnı yaradıcılığı sahəsində ciddi böhran, qarşısı alınmaz problem yaranmağa başlayıb.

Bu o həddədir ki, indi çox yerdə bayağı mahnı səslənir. Efirdə, ekranda, sosial şəbəkədə, mağazalarda, bir sözlə, bayağı mahnılar bizi hər yerdə izləyir.

Hazırda az qala efirləri, sosial şəbəkəni, toyları işğal edən bu mahnılar Azərbaycan musiqisini demək olar ki, bataqlığın dibinə salıb. "Neçədə gəlim,neçədə mən?", "Qara qıza zəng elə", Gedib mamana demə", “Çini çaydan. çini neylər mənə” kimi mahnılar kifayət qədər bayağıdır və tüfeyli həyat tərzini təlqin edir. 

Danılmaz faktdır ki, Azərbaycanda sənəti ilə məşğul olan kifayət qədər gözəl müğənnilərimiz, musiqiçilərimiz var.

Nədənsə onlar efirdən, sənətdən küsüblər. Bu vəziyyətdən isə not bilməyən, toy müğənniləri istifadə edir. 

Onlar bu boşluqdan istifadə edib, toy, bayağı mahnılarla efir vasitəsilə evlərimizə qonaq gəlir. Demək olar bütün kanallarda eyni müğənnilər, eyni mahnılar səslənib.

Televizoru keçirib, telfonu əlimizə alırıq ki,bəlkə orda milli nəsə tapaq ki, orda da "Neçədə gəlim,neçədə mən?", “Çini çaydan. çini neylər mənə” kimi əcaib musiqilər eşidirik. 

Onu da deyək ki, Sovet dönəmində toy mahnıları efirdə səslənə bilməzdi. Ancaq bu gün efirdə nə bəstəkar, nə də xalq mahnısı səslənir. Ancaq qeyd etdiyimiz bayağı mahnılardı.

Ümid edirik ki, nə vaxtsa aidiyyatı qurumlar Azərbaycan musiqisinin gününə düşünücək. 

Sevinc

0