“Atam danışmır, qohumlarımızı tanımır” – Ənvər Həsənovun qızı

MƏDƏNİYYƏT
20:00 / 29.01.2025
113

“Atamın vəziyyəti kritik olaraq qalır. Danışmır, yaxınlarını tanımır”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.

“Sonuncu dəfə məni və oğlumu çətinliklə tanıdı. Yaddaşı tamamilə itib. İnsultdan sonra əlinin biri işləmir. Ağız əyilməsi var idi, indi bir az düzəlib. Səbirsizliklə düzəlməsini gözləyirik”, - deyə A.Həsənova bildirib.

Qeyd edək ki, aktyor yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

74 yaşlı aktyor Ənvər Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

0