"Dedilər, o şiş məni kor və kar edəcək” - "Dəli Kür"ün Mələyi danışdı

MƏDƏNİYYƏT
15:35 / 22.02.2025
63

“Burnumda şiş var idi. Tehrana gedib əməliyyatla götürtdüm. Hələ də müalicə alıram”.

Bunu Musavat.com-a açıqlamasında əməkdar artist Zemfira Sadıqova deyib.

O bildirib ki, illərdir ki, Tehrana gedib müalicə alır və dərmanlarını da elə oradan gətirir:

“Ürəyimdə də problemlər olur, döyüntülər normaya uyğun gəlmir. Bu səfər isə burnumun sağ hissəsində olan şişə görə İrana getmişdim. Çünki vəziyyətim artıq kritik həddə çatmışdı. Həmin şişi götüzdürməsəydim, gözüm kor, qulağım da kar ola bilərdi. Allah heç kəsə belə dərd verməsin”.

Aktrisa bildirib ki, evdə darıxmır: “ Planşet vaxsitəsi ilə dünyada baş verən bütün xəbərləri izləyirəm. Çox maraqlı xəbərləri oxuyuram, heç darıxmıram. Məmnuniyyətlə filmə çəkilərdim. Seriallara isə çəkilmək istəmirəm. Orada xaosdur. Bir də gördün deyirlər ki, bu mətni dəyiş, o biri mətni yenidən öyrən. Mən isə bunu qəbul etmirəm, belə bir iş görmək qeyri-peşəkarlıqdır. Lakin məzmunlu filmlərə çəkilməyi çox arzulayıram. Bir aktrisa üçün filmə çəkilmək susamış gülə su vermək deməkdir. 85 yaşım var, heç olmasa maarqlı bir obraz yaradım. Məni həyata yeni film, obraz qaytara bilər. Çəkildiklərim içərisində daha çox “Dmitrov küçəsi 86” və “Dantenin yubileyi” filmlərini çox yüksək qiymətləndirirəm”.

Z. Sadıqova gənc və gözəl qalmasından da danışıb: ”Mən üzümə heç krem də vurmuram. Adam içinə çıxanda çox az kosmetikadan istifadə edirəm. Cavan qalmaq bizdə genetikdir. Anam və bacım da yaşlarından xeyli cavan görünürdülər”.

Qeyd edək ki, Zemfira xanım milli kinomuza bir çox uğurlu obrazlar bəxş edib. Ancaq onu hər kəs daha çox “Dəli Kür”ün Mələyi və nəhəng aktyor, Teymurləng, Qurd Cəbrayıl kimi rolların ifaçısı, mərhum Xalq artisti Yusif Vəliyevin həyat yoldaşı kimi tanıyır.

0