İngiltərədə süni intellekt mübahisəsi: Məşhur sənətçilər müəllif hüquqları üçün birləşdi

MƏDƏNİYYƏT
21:57 / 13.05.2025
33

Pol Makkartni, Elton Con və İan Makkellen kimi dünyaca məşhur sənətçilər, süni intellekt texnologiyalarının müəllif hüquqları ilə qorunan əsərləri icazəsiz istifadəsinə qarşı çıxaraq, İngiltərə hökumətinə çağırış ediblər. Yaradıcılıq sahələrini qoruyacaq qanun dəyişikliyi gündəmdədir.

HİT.az xəbər verir ki, İngiltərənin tanınmış musiqiçi, aktyor, yazıçı və rejissorlarından ibarət 400-dən çox yaradıcı şəxs – o cümlədən Pol Makkartni, Elton Con və Riçard Kertis – süni intellekt texnologiyalarına qarşı müəllif hüquqlarının qorunması məqsədilə Baş nazirə açıq məktub göndərib.

Bu məktubla müəllif hüququ ilə qorunan əsərlərin süni intellekt (Al) sistemləri tərəfindən icazəsiz istifadəsinə qarşı daha çox şəffaflıq tələb olunur. Sənətçilər, hökumətin "Veri (İstifadə və Əlaqə)" Qanununda təklif etdiyi və Al şirkətlərini daha şəffaf olmağa məcbur edəcək dəyişikliyə dəstək verirlər.

Şəffaflıq tələbi: Al hansı əsərləri istifadə etdiyini açıqlamalıdır

İmzalar arasında "Coldplay", Entoni Qormli, İan Makkellen, Keyt Buş, Robbi Uilyams, Tom Stoppar və Rassell T. Devis kimi nüfuzlu adlar da yer alır. Məktubda əsas vurğulanan məsələ odur ki, süni intellekt şirkətləri təlim məlumatı kimi istifadə etdikləri müəllif hüququ ilə qorunan məzmunu açıqlamağa məcbur edilməlidir.

Sənətçilər bildirirlər ki, mövcud müəllif hüquqları sistemi bu cür istifadələri aşkarlamağı çətinləşdirir. “Əgər qanun pozuntusunu görə bilmirsinizsə, onu tətbiq də edə bilməzsiniz” ifadəsi ilə şəffaflıq öhdəliyinin müəllif hüquqları pozuntularına qarşı çəkindirici təsir göstərəcəyi vurğulanır.

“ABŞ-lı texnologiya nəhənglərinə qurban verilməməliyik”

Dəyişikliyi təklif edən baronessa Biban Kidron qeyd edib ki, süni intellektin necə inkişaf etdirildiyi və bu texnologiyaların kimlərin maraqlarına xidmət etdiyi, bu günün ən vacib məsələlərindən biridir. Kidron İngiltərənin yaradıcı sektorlarının təkcə mədəni deyil, iqtisadi dəyər də yaratdığını vurğulayıb:

“Bu sektorlar dörd ölkəmizdə ümumilikdə 2,4 milyon nəfərə məşğulluq yaradır. İngiltərənin mədəni zənginliyi bir neçə ABŞ mərkəzli texnologiya nəhənginin maraqlarına qurban verilməməlidir.”

Eyni zamanda, bu açıq məktub "Financial Times", "Daily Mail" və "Milli Jurnalistlər Birliyi" kimi əsas media qurumları tərəfindən də dəstəklənib.

İqtisadi risklər və imkanlar

Lord Brennan da adıçəkilən qanun dəyişikliyini dəstəkləyərək bildirib:

“Kütləvi müəllif hüququ pozuntularının iqtisadiyyatımıza zərər verməsinə icazə verə bilmərik. SI sistemlərinin hansı məlumatlarla təlim keçdiyini şəffaf şəkildə açıqlamaları, İngiltərənin keyfiyyətli təlim veriləri sahəsində dünya lideri olmasının yolunu aça bilər.”

Süni intellekt və müəllif hüququ pozuntusu iddiaları artır

Süni intellekt şirkətlərinin müəllif hüquqları ilə qorunan əsərləri təlim məlumatı kimi istifadə edib-etmədiyinə dair mübahisələr davam edir. Məsələn, "Meta" və digər bəzi şirkətlərin “LibGen” kimi məlumat bazaları vasitəsilə milyonlarla kitab və akademik məqaləyə çıxış əldə etdiyi iddia olunur. "OpenAI"ın da bu kimi metodlardan istifadə etdiyi iddialar sırasındadır.

İngiltərədə bəzi yazıçılar, öz kitablarının bu cür verilənlər bazasında yer almasının narahatedici olduğunu bildiriblər.

ABŞ-da da inkişaflar baş verir

Digər tərəfdən, ABŞ Müəllif Hüquqları Bürosunun rəhbərinin, süni intellektlərin müəllif hüquqları ilə qorunan məzmunu istifadəsinin mövcud “ədalətli istifadə” qanunlarının sərhədlərini aşdığını deməsindən bir gün sonra vəzifədən azad edildiyi bildirilir. Bu hadisə, dünya miqyasında Al və müəllif hüquqları münasibətlərinin getdikcə daha çox müzakirəyə səbəb olacağını göstərir.

Samir

0