Əməkdar incəsənət xadimi Cavanşir Quliyev özünə məzar hazırlatdırıb.
HİT.az xəbər verir ki, bu barədə bəstəkar "Xəzər axşamı"nda qonaq olarkən deyib.
"İnsan öləndən sonra heç nə hiss etmir. Amma yerdə qalana əziyyət olur. İstəmirəm, mən öləndən sonra kimsə əziyyət çəksin. Çoxdan hazır etmişəm. Bunu mənim kimi edənlər var. Məqsəd evdəkiləri işin birindən azad etməkdir. Yalançı başdaşı da qoydurmuşam ki, heç kim ora girməsin. Hərdən gedib mühəndis gözü ilə baxıram, görüm, məzarımda nə çatır, nə çatmır? Məzar üçün yeri alanda hələ anam sağ idi. Məni tənqid etdi ki, bizdə belə şey yoxdur, etmə. Qardaşım da bizi dinləyirdi. Sonda dözə bilmədi, söylədi ki, sən ölməyində ol, biz sənə yer taparıq (gülür)" deyə, C.Quliyev bildirib.