Müşfiq Abbasovla görüş keçirildi - FOTO

MƏDƏNİYYƏT
16:11 / 19.05.2025
62

Sumqayıt şəhərində tanınmış detektiv yazıçı Müşfiq Abbasovla görüş keçirilib.

HİT.az xəbər verir ki, "Manifest" kitab mağazasında baş tutan görüşdə yazıçının "Şeytanın siması, "Qan haqqı", "Mənfi 4" əsərləri müzakirə olunub.

Müşfiq Abbasov oxucularının suallarını cavablandırmaqla yanaşı son günlər cəmiyyətdə müzakirə olunan bir sıra xüsusilə ağır cinayət hadisələrinə öz münasibətini bildirib, eyni zamanda təhsil, əxlaq, gənclərin tərbiyyəsi, ailə dəyərləri və sair önəmli mövzulara toxunub.

0