"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi

MƏDƏNİYYƏT
14:51 / 27.06.2025
51

"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat edib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranın məşhur "Nənələr" folklor qrupunun üzvü 1936-cı il təvəllüdlü Xanımbacı Quliyeva dünyasını dəyişib.

Qeyd edək ki, X.Quliyeva ilk dəfə yaradılan "Bacılar" adlı folklor qrupun yaradıcılarından olub.

O, doğulduğu Separadi kəndində dəfn olunacaq.
 

0