Azərbaycanlı bəstəkar Türkiyədə vəfat etdi

MƏDƏNİYYƏT
12:09 / 06.07.2025
93

Tanınmış bəstəkar Ruslan Əhmədoğlu vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, bəstəkar Türkiyədə istirahətdə olarkən qəfil səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Ruslan Əhmədoğlu Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi kimi fəaliyyət göstərib.

0