Azərbaycanlı qız bacarığı və hekayəsi ilə təəccübləndirdi - VİDEO

MƏDƏNİYYƏT
18:18 / 10.07.2025
57

Türkiyənin “NOW” kanalında yayımlanan "Yetenek sizsiniz Türkiye” yarışmasına azərbaycanlı qız qatılıb. 

Günay Nuriyeva adlı qız gimnast olduğunu deyib. O, istedadını nümayiş etdirdikdən sonra həyat hekayəsini danışıb. Onun həyatı ilə bağlı dedikləri studiyadakıları təsirləndirib. 

O, 9 yaşına qədər yeriyə və danışa bilmədiyini, bu səbəbdən atasının onu tərk etdiyini deyib. 

Münsiflər onun illərlə üzərində çalışmasını alqışlayıblar. Günay 4 münsifdən də "hə" cavabı alalıb və növbəti mərhələyə keçib. 

Qeyd edək ki, yarışmada münsif kürsüsündə aktrisalar Eda Ece, Şevval Sam, aktyor-aparıcı İlker Ayrık və müğənni Hande Yener oturur.//Axşam.az 


 

0