Bred Pitt "Bir Zamanlar Hollivudda" obrazına qayıdır: Yeni filmin çəkilişləri başladı

MƏDƏNİYYƏT
17:50 / 30.07.2025
70

Bred Pitt "Bir Zamanlar Hollivudda" filminin sikvelinin çəkiliş meydançasında yeni, lakin tanış bir obrazda görünüb.

HİT.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

"Kliff Butun Macəraları" filminin çəkilişlərindən olan yeni fotolarda aktyor daha rahat görünür. "Oskar" mükafatçısı olan 61 yaşlı aktyor, dublçu Kliff But roluna qayıdarkən, çənəyə qədər uzanan açıq rəngli saç və bığla təsvir olunub", deyə nəşt yazır.

Çəkilişlərdə onun kostyumu üstündə printli futbolka olan kemp stilində sarı köynək və cinsdən ibarət olub. Məlumata görə, səhnə "Bir Zamanlar Hollivudda" filminin ssenari müəllifi və rejissoru Kvantin Tarantinonun sahib olduğu Los-Ancelesdəki "New Beverly Cinema" kinoteatrında lentə alınıb.

Tarantino sikvelin ssenari müəllifi kimi qayıdır, lakin rejissorluq vəzifəsini "Zodiak", "Yeddi" kimi filmləri ilə tanınan Devid Finçerə həvalə edib. Bundan əlavə, Pitti artıq uzun saçsız, lakin bığla, mavi köynək, cins və idman ayaqqabısı ilə çəkiliş meydançasında görüblər. 

2019-cu ildə ekranlaşdırılan "Bir Zamanlar Hollivudda" filmi Leonardo Di Kaprionun canlandırdığı aktyor Rik Daltonun dublçu Kliffin hekayəsindən bəhs edirdi. Bu dəfə Di Kaprio filmin IMDb səhifəsindəki aktyor heyətində göstərilmir, süjet isə Kliff Butun keçmişi və onun Holivuddakı yeni "problemləri həll edən" rolu haqqında daha dərin bir hekayə kimi təsvir olunub.

Gələcək film onun obrazı ətrafında cərəyan etsə də, Pitt yaxınlarda bu layihənin tam olaraq sikvel deyil, daha çox qəhrəman haqqında ayrı bir epizod olduğunu bildirib. O, bir müsahibəsində deyib: "Bu Kvantin Tarantinonun yazdığı şeydir. Bu epizoddur, tam sikvel deyil, daha çox personaj haqqında epizoddur. Lakin o, bunu özü çəkmək istəmədi və dostumuz Devid Finçer — onunla ortaq dostumuz — rejissor olmağa razılıq verdi. Biz bunu Netflix üçün edirik. Əyləncəli olmalıdır. Həqiqətən maraqlı olacaq".

Pittdən başqa aktyor heyətinə Elizabet Debiki, Yahya Əbdül-Mətin II, Karla Cuccino, Skott Kaan və C.B. Tadena daxildir.

Samir

0