Bu günlərdə bir əyləncə məzmununun internetin dörd bir yanından eyni reaksiyanı alması tez-tez rast gəlinən hadisə deyil. Adətən, nə qədər tənqid olunursa olsun, bir işi müdafiə edən və ya hər kəsin tərif etdiyi bir çəkilişi yerə vuran qarşıdurma mövqeyi mütləq ortaya çıxar. Lakin "Prime Video"da yayımlanan və baş rolda İse Kubeun yer aldığı yeni "Dünyalar Müharibəsi" adaptasiyası bu qaydanı alt-üst edib. Film həm tənqidçiləri, həm də tamaşaçıları eyni fikirdə birləşdirib: Biz ilin açıq-aydın ən pis çəkilişlərindən biri ilə üz-üzəyik...
HİT.az xəbər verir ki, filmin ən diqqətçəkən xüsusiyyəti eyni zamanda ən zəif tərəfidir: Böyük hissəsi İse Kubenin kompüter ekranında oynayan fəlakət görüntülərinə reaksiya verməsi ilə keçir. Bir mənada tamaşaçı hadisələri personajın gözündən deyil, sadəcə onun reaksiyalarından izləyir. Bunun üzərinə "Amazon"un öz məhsullarının filmə yapışdırılmaqla yerləşdirilməsi əlavə olunanda vəziyyət daha da pisləşir. Dronlar, çatdırılma kuryerləri, hətta hədiyyət kartları belə ssenariyə zorla yerləşdirilmiş, nəticədə yaradılan təəssürat isə demək olar ki, parodiya səviyyəsində sünidir. Filmin şüarı olan "Düşündüyünüzdən də pisdir" ifadəsi isə, istehzalı şəkildə, vəziyyəti olduqca dəqiq xülasələşdirir.
Rotten Tomatoes balları da bu mənzərəni dəstəkləyir. Film hazırda tamaşaçılardan cəmi 17%, tənqidçilərdən isə 0% bal toplayıb. Yəni demək olar ki, heç kim bu çəkilişi müdafiə etmək istəmir. Təbii ki, sual ortaya çıxır: Bu film həqiqətən necə çəkildi və kim buna icazə verib?
"Amazon"un bu adaptasiyası tamaşaçılarda ciddi məyusluq yaratmaqla qalmayıb: həm də çoxları üçün əsəbləri pozan bir təcrübəyə çevrilib. 2000-ci illərin əvvəllərində "Syfy" kanalında yayımlanan aşağı büdcəli çəkilişləri xatırladan görüntülər, üstəgəl hekayənin Amazon istinadları ilə doldurulması nəticəsində izlənməsi çətin bir iş ortaya çıxıb.
Film "Rotten Tomatoes" tənqidçiləri tərəfindən "mənasız", "psixotik" və "iştirak edən hər kəs üçün karyera fəlakəti" kimi təsvir olunur. İse Kubenin ifası da bu pis ssenarini xilas etməyə çatmayıb. Bir tamaşaçı filmi "Doomsday Preppers" realiti şousunun azarkeşi tərəfindən yazılmış kimi" şərh edərkən, digəri "Sharknado" filmlərinin məntiqini aratdı" ifadəsindən istifadə edir. Bu cür müqayisələrin ciddi şəkildə edilməsi belə, nə ilə üzləşdiyimizi göstərir.
Filmdə Eva Longoria və Klark Qreqq kimi tanış adlar da yer alsa da, bu belə çəkilişi xilas edə bilməyıb. "Prime Video"nun ulduz gücünə və tanınmış ada arxayınlaşaraq tamaşaçı cəlb edəcəyi düşünülə bilər, amma nəticə tam əks olub: Bu film internet dilinə düşəcək qədər pis olması ilə gündəmə çevrilib.
"Rotten Tomatoes" və "YouTube"da istifadəçi şərhləri incə bir yumor nümunəsidir. Budur onlardan bəziləri:
* "Yəqin ki, həyatımda izləməyə çalışdığım ən pis film. Yağmurlu bir bazar günü oturub cansıxıntısından yazılmış kimi".
* "Aktyorlara qarşılıqsız Prime üzvlüyü mü veriblər?"
* "Bu ssenariyə gülməmək üçün ağlınızın bir kartofdan aşağı olması lazımdır".
Lakin bəlkə də ən diqqətçəkən şərhlərdən biri budur:
"Sharknado filmlərinin məntiqinə həsrət qaldığım nadir anlardan biri".
Çünki əgər bir film tamaşaçısını "Sharknado" kimi çəkilişlərin məntiqinə həsrət salırsa, onda həqiqətən nəsə bərk xəta baş verib deməkdir.
Samir