İtaliyalı rəssam Vittore Guzeppe Gislandinin 17-ci əsrə aid əsəri II Dünya müharibəsi zamanı yoxa çıxdıqdan 80 il sonra Argentinada tapılıb.
HİT.az xəbər verir ki, "Qadın portreti" Niderlandda nasistlər tərəfindən yerli yəhudi kolleksiyaçısı Jak Qudstikkerdən bir çox rəsm əsərləri ilə birlikdə oğurlanıb. Daha sonra Germann Goeringin əlinə keçib, lakin 1945-ci ildən sonra izləri itirilib.
Rəsm Argentinanın daşınmaz əmlak agentliyinin saytında təsadüfən Mar del Platadakı evin daxili fotoşəkilləri arasında aşkar edilib. Ev Adolf Hitler və Hermann Goerinqin maliyyə məsləhətçilərindən biri kimi tanınan yüksək rütbəli nasist Friedrix Kadgienin qızıdır. Ehtimal olunur ki, Kadgien yəhudilərdən oğurlanmış bahalı sənət əşyalarının yayılması və satışı ilə məşğul olub. Nasistlərin məğlubiyyətindən sonra Kadgien qısa müddətə həbsxanadan çıxmağı bacardı və 1950-ci ildə Cənubi Amerikaya gedib. Tezliklə o, öz xidmətlərini Qərbi Almaniya sənaye şirkətlərinə və Latın Amerikası firma və banklarına vasitəçi kimi təklif edib. 1978-ci ildə vəfat edib.
Kəşf məlum olduqdan sonra Jak Qudstikkerin varisləri rəsm əsərini geri almaq üçün Kadgienin varisini məhkəməyə vermək planlarını açıqlayıblar. İncəsənət mütəxəssisləri rəsmin geri qaytarılması üçün yaxşı şanslarının olduğunu deyirlər, baxmayaraq ki, onun orijinallığını yoxlamaq lazımdır.
Samir