Xalq artistixəstəxanaya yerləşdirildi

MƏDƏNİYYƏT
11:34 / 08.09.2025
95

Xalq artisti Sərdar Fərəcov xəstəxanaya yerləşdirilib.

APA-ya bununla bağlı məlumatı S.Fərəcovun qızı Selcan Heydərova verib.

O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir: “Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəxstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır-stabildir”.

0