“CineMastercard” kinoteatrında ilin ən gözlənilən Amerika qorxu filmi – “Cadu 4: Son Ayin”in premyeradan öncəki nümayişi baş tutub. Tədbir “Portal Games” kvesti ilə əməkdaşlıq sayəsində xüsusi atmosfer yaradaraq qonaqlar üçün yaddaqalan hadisəyə çevrilib.
Film başlamazdan əvvəl tamaşaçılar mistik dünyanın ab-havasını hiss ediblər. Bunun üçün xüsusi fotozona qurulub, peşəkar aktyorlar isə fövqəltəbii obrazlara girərək “Cadu” süjetinə qərqolma effekti yaradıblar.
Qapalı nümayişdə “Mastercard”ın “Priceless” təcrübələri çərçivəsində dəvət olunan qonaqlar – tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər və sahibkarlar iştirak ediblər.
Tədbirin təşkilinə “Portal Games”, “Mado” restoranı, “Light in Black” kreativ şirkəti, “ProEvents”, “Meysəri” şərabları və “Red Bull” dəstək göstəriblər.
Məşhur franşizanın dördüncü hissəsi demonoloqlar Ed və Lorreynin həyatından qaranlıq xronikanı təqdim edir. Real hadisələrə əsaslanan film izləyicilərə daha gərgin və sirli süjet xətti vəd edir.
Rejissor: Maykl Çaves
İstehsalat: Warner Bros. Pictures
Baş rollarda: Vera Farmiqa, Patrik Uilson və digərləri
“CineMastercard” şəbəkəsində tamaşaçılar “Cadu 4: Son Ayin” filmini türk, ingilis və rus dillərində, həmçinin 4DX və “ScreenX” formatlarında izləyə bilərlər.