Əminə Yusifqızı vəfat etdi

MƏDƏNİYYƏT
14:46 / 09.10.2025
68

Xalq artisti Əminə Yusifqızı vəfat edib.

Bu barədə "Report"a Xalq artistinin yaxınları məlumat verib.

Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub. Azərbaycanca fəaliyyət göstərən bir sıra teatrda, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb. Əminə Yusifqızı 2016-cı il 14 sentyabrında Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib.

0