Əminə Yusifqızı dəfn olundu - FOTO

MƏDƏNİYYƏT
16:11 / 10.10.2025
49

Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilib.

Təzə Pir məscidində keçirilən mərasimdə mərhumun ailəsi, qohumları və sənət dostları, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak edib.

Vida mərasimində Xalq artistinin Azərbaycan mədəniyyətinə töhfəsindən bəhs olunub. Onun yaradıcılığının daim yaşayacağı ifadə edilib.

Mərasimdən sonra Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.//Report.az

0