Azərbaycanın Xalq artisti vəfat etdi

MƏDƏNİYYƏT
10:15 / 15.10.2025
90

Xalq artisti Ramiz Quliyev vəfat edib.

HİT.az xəbər verir ki, Xalq artisti uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. O, 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti, 1988-ci ildə Azərbaycan SSR Xalq artisti, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə "Şərəf" ordeni, 2024-cü ildə isə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı təltif edilib.

0