Hollivud aktrisası Dayan Kitonun ailəsi ulduzun ölüm səbəbini açıqlayıb.
HİT.az "People"a istinadən xəbər verir ki, aktrisanın ailəsinin nümayəndələrinin sözlərinə görə, Kiton pnevmoniya xəstəliyindən dünyasını dəyişib. Təfərrüatlar açıqlanmayıb.
"Kiton ailəsi son bir neçə gündə aldıqları fövqəladə dəstəyə və təşviqə görə minnətdarlıqlarını bildirdilər", deyə aktrisanın ailəsi qeyd edib.
Kitonun ailəsi də etiraf edib ki, pərəstişkarları heyvan sığınacaqlarına ianə etsələr, bunu çox dəyərli bir xərc hesab edəcəklər. Ailə aktrisanın ev heyvanlarını çox sevdiyini və sahibsiz heyvanlara dəstək verməklə məşğul olduğunu qeyd edib.
"Annie Hall" və "Xaç atası" filmlərinin Oskar mükafatlı ulduzu Dayan Kiton oktyabrın 11-də 80 yaşında vəfat edib. Kiton 1970-ci illərdə Vudi Allenlə işləməyə başlayanda əfsanəyə çevrilib.
Samir