Nazirdən yeni təyinat

MƏDƏNİYYƏT
13:20 / 22.10.2025
37

Qurban Pirimov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsini icra edəcək.

APA-nın əldə etdiyi məlumata görə, bu barədə mədəniyəti naziri Adil Kərimli əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, kinostudiyanın direktoru vəzifəsini Azər Quliyev icra edirdi.

Xatırladaq ki, Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib.

0