"Teymur Əmrahla bağlı fikir bildirmişdim. Və mənə yalnəz o nəsə deyə bilərdi. Samir Cəfərov həmin fikri götürüb cavablandırdı".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Rəngarəng verilişində deyib. O, aralarında qalmaqal yaşadığı Xalq artisti Samir Cəfərovun ünvanına sərt fikirlər səsləndirib:
"Açıram TikTok-u qarşıma başlıqlar çıxır. "Kərim qələt edir" deyə, yazılır. Samir Cəfərova sayğım var. Amma mənim bədənim başladı əsməyə. Verilişə belə baxa bilmədim. Menecerim də dedi ki, şərhlər də heç yaxşı deyil. Nüfuzuma dəyən xələlə görə, məhkəməyə də müraciət edə bilərdim. Dedim, səbr edim. Samir Cəfərovun xaric, biabırçı oxumağı qarşıma çıxdı, mən də paylaşdım. Samir Cəfərov çox insanlar vasitəsi ilə mənə zənglər elətdirib hədə-qorxu gəldi. Hətta dedi, Daxili İşlər Nazirliyinə şikayət edəcəyəm. Əgər sənin ifan biabırçı günündədir və səni təhqir etmədən, tənqid edirəmsə, buna nə məhkəmə, nə də DİN baxır. Sən bunu ictimaiyyətə təqdim etmisənsə, biz bunu müzakirə edə bilərik.
Demişəm ki, nə vacibdir belə oxuyursunuz, gedib fonoqram oxuyun. O "şikayət edəcəyəm" kəlməsindən sonra mən bir az da çox bu işin üstünə düşdüm. Vatsapda onun ifalarından 9 ədəd video göndərdilər. Bərbad ifalardır, istər toyda, istər konsertdən olan. Sənətkar o deməkdir ki, sadalamaq istəyəndə arxanda fikirləşilməyəcək qədər mahnın var. "Sənətkar" o zaman deyilir ki, mahnıları yadda qalır. Mənim üçün Samir Cəfərov sənətkar deyil. Bəli, Xalq artistidir, amma sənətkar deyil. Azər Zeynalovun "Gilavar", "Ana" mahnısı bir əsərdir. İstərdim ki, Samir Cəfərovun da iki mahnısının adını çəkə bilim. Amma deyə bilmirəm. Bir dəfə canlı ifasını görmüşəm, o da bərbaddır. İki mahnısını ard-arda deyə bilmirsiniz, amma "sənətkar" deyirsiniz. Bir də Samir Cəfərov, necə ki, siz özünüzə "sənətkar" deyirsiniz, xahiş edirəm, o ada layiq də hərəkət edin".
Qeyd edək ki, K.Abbasov bu yaxınlarda Xalq artisti Samir Cəfərovun videosunu yayaraq onun yanlış oxuduğunu tənqid etmişdi. İfaçılar arasında qalmaqal yaşanmışdı.