34 il əvvəl vəfat etdi və sirli şəxsiyyətinin əfsanəsi hələ də böyüyür...

MƏDƏNİYYƏT
09:49 / 25.11.2025
35

34 il əvvəl dünya rok musiqisi tarixinin ən parlaq simalarından birini  -“Queen” qrupunun solisti Fredi Merkelini itirib. Lakin onu şəxsi olaraq tanıyanlar bildirirlər ki, milyonlarla pərəstişkarın gördüyü obraz, əslində, gerçək Fredini tam əks etdirmirdi.

HİT.az-ın "Mirror" nəşrinə istinadən məlumatına görə, qrupun zərb alətləri ifaçısı Rodjer Teylor xatirələrində qeyd edib ki, Merkuri səhnədə yaratdığı ictimai obrazı sadəcə bir rol kimi ustalıqla oynayırdı. “Real həyatda heç kim Fredi kim idi, bilirdi”, deyə musiqiçi xatırlayıb.

Bu fikirlə “Queen” qrupunun 1980-ci illərdəki albomları və Merkurinin solo albomu “Mr. Bad Guy” üzərində çalışan prodüser Reynhold Mak da razılaşıb. Onun sözlərinə görə, gurultulu, üsyankar rok ulduzu obrazının arxasında gözlənilməz dərəcədə zərif və təvazökar bir insan gizlənirdi: "Bu qəribə səslənə bilər, amma o, inanılmaz dərəcədə utancaq idi".

Bununla yanaşı, bütün həmkarları onu eyni istilıqla xatırlamırdı. “Queen”in ilk meneceri Norman Şeffildin sözlərinə görə, qrupun şöhrəti artdıqca Fredi Merkurinin xarakterində də dəyişikliklər baş verirdi. Qrupun sürətlə hit-paradlarda yüksəldiyi dövrdə Merkuri daha çox şey tələb etməyə başlamışdı — o cümlədən hitlərin hazırlanması üçün bahalı royal. Menecerin dediyinə görə, rədd cavabı aldıqda Merkuri sonradan məşhur mahnıya çevrilən kəlamı işlətmişdi: “I want it all. I want it now”.

Mübahisəli xarakterinə baxmayaraq, Merkuri həmişə vurğulayırdı ki, “Queen” təkcə o deyil və “digərləri” deyil. O istəyirdi ki, qrup bütöv bir kollektiv kimi qəbul edilsin və hər dörd üzvün bərabər və müstəqil yaradıcı rolu olduğu bilinsin. Qrupun erkən imicinin formalaşmasına kömək etmiş fotoqraf Mik Rok isə Fredi Merkurini çoxqatlı şəxsiyyət kimi təsvir edirdi: "Fredinin xarakterində ən azı üç tərəf vardı. Onun keçmişi, əsl Fredisi və bir də Merkurisi".

Xatırladaq ki, Fredi Merkuri 24 noyabr 1991-ci ildə QİÇS-lə bağlı ağırlaşmalar nəticəsində dünyasını dəyişib. O, bu gün də musiqiçilərə və pərəstişkarlara təsir edən böyük bir irs qoyub.

Samir
 

0