İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif etdi

MƏDƏNİYYƏT
11:37 / 08.12.2025
38

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

HİT.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı, SSR xalq artisti, professor Tofiq Bakıxanovun bu gün 95 yaşı tamam olur.

0