Afət Fərmanqızı özbəklərlə duet oxuyacaq? – “Onları tanımıram”

MƏDƏNİYYƏT
10:50 / 14.01.2026
124

Son zamanlarda ölkəmizdə Özbəkistana maraq artıb.

Xüsusilə mədəniyyət sahəsində də bunu görmək mümkündür. Son illərdə bir çox yerli sənətçi Özbəkistanın ulduzları ilə duetlər oxuyublar. Hətta ora gedərək səhnələrdə çıxış ediblər. Tərlan Novxanı və Nəfəs kimi ulduzları nümunə göstərmək olar. 

Son günlərdə isə Rusiyada yaşayan məşhur müğənni Afət Fərmanqızı ilə bağlı da bənzər iddialar yayılıb. Sosial şəbəkələrdə bəzi istifadəçilər Fərmanqızının da özbək müğənnilərlə duet oxuya biləcəyini önə sürüb.

Bəs bu iddialar nə dərəcədə doğrudur? Afət Fərmanqızı da Özbəkistanla bağlı layihələrə başlayacaq?

Afət Fərmanqızı Hit.az-a açıqlamasında sözügedən iddiaları təkzib edib:
“Xeyr, Özbəkistanla bağlı hər hansısa layihə düşünməmişəm. Çünki mənim hazırda olduğum Rusiya məkan və qazanc baxımından Özbəkistandan çox üstündür. Hətta özbəklər də işləmək üçün bura gəlirlər. Özbəkistanın maddi vəziyyəti Rusiyanın olduqca gerisindədir. Buna görə də orada layihələr etməyi fikirləşmirəm. Buradan ancaq daha prestijli və qazanclı başqa ölkəyə gedərəm”.

İfaçı özbək müğənniləri tanımadığını söyləyib:
“Əslində, heç bir özbək müğənnini tanımıram. Onların dünyaca məşhur olduqlarını da zənn etmirəm. Mənim üçün azərbaycanlı ulduzlar onlardan daha öndədir. Üstəlik, Özbəkistandan duet təklifi də alsam, qəbul etmərəm. Çünki işimi-gücümü atıb, buna görə pul və zaman sərf etmək istəmirəm. Ondan böyük gəlirlər əldə etmək mümkün deyil. Cüzi məbləğlər üçün isə vaxt və pul sərf etməyə dəyməz”.

Elmir
 

0