“A.B.İ.” reytinqlərdə neçənci olub?

MƏDƏNİYYƏT
11:20 / 14.01.2026
137

Ötən gün türkiyəli məşhur aktyor Kənan İmirzalioğlunun “A.B.İ.” adlı yeni serialının ilk bölümü yayımlanıb.

Hit.az xəbər verir ki, artıq ekran işinin reytinq nəticələri də bəlli olub.

Layihə bütün kateqoriyalarda zirvədə yer alıb. “ATV”-də yayımlanan serial “Total” kateqoriyasında 9,81, “AB”-də 7,37, “ABC1”-də isə 9,98 kimi yüksək ballarla birinci olub. “A.B.İ” “Kıskanmak”, “Mehmed: Fetihler Sultanı”, “Gelin”, “Rüya Gibi” və “Survivor” kimi rəqiblərinin hamısını geridə buraxıb.

Qeyd edək ki, “A.B.İ.” serialında Kənan İmirzalioğlu, Afra Saraçoğlu, Sinan Tuzcu, Esra Şengülalp, Ebrar Karabakan, Yaren Yapıcı, Tuğçe Açıkgöz və Tarık Papuççuoğlu kimi məşhurlar çəkilir.

Aslan

0