Tərlan Novxanı yenidən onunla oxuyacaq

MƏDƏNİYYƏT
14:30 / 14.01.2026
172

Məşhur müğənni Tərlan Novxanı yeni layihələrindən danışıb.

Sevilən ifaçı bu barədə Hit.az-a açıqlama verib.

O, karyerasındakı yeniliklərdən söz açıb:
“Hazırda bir çox yeni iş üzərində çalışırıq. Tezliklə bir klipim təqdim olunacaq. Bundan başqa yeni duetlərimiz də olacaq. Çox tanınmış müğənnilər olmadıqları üçün hələlik adlarını demək istəmirəm. Hələ ki, yeni duet ortaqlarımın kimliyi sürpriz olaraq qalsın. Lakin Allahın köməkliyi ilə tezliklə həmin duetlərimizi də sevənlərimizin ixtiyarına verəcəyik”.

Tərlan Novxanı Özbəkistanın Əməkdar artisti Uluqbek Raxmatullayevlə də yeni duet planlaşdırdıqlarını açıqlayıb:
“Uluqbek Raxmatullayevlə duetlərimiz çox bəyənilir. Buna görə də uğurlu işbirliyini davam etdirmək istəyirik. Onunla da yeni bir duet nəzərdə tuturuq. Həmin mahnının da istər Azərbaycanda, istərsə də Özbəkistanda seviləcəyinə əminəm. Yəni yaxın zamanda yeni mahnılarım və kliplərim olacaq”.

Pərviz 


 

0