Tanınmış aktrisa Leyla Babayeva karyerasındakı yeniliklərdən söz açıb.
O, bu barədə Hit.az-a açıqlama verib.
Aktrisa yeni seriala çəkildiyini deyib:
“Son olaraq “Vaxtsız sevgi” adlı seriala çəkildim. Həmin ekran işində 10 bölüm rol aldım. “Space” telekanalında yayımlanan layihədə “Ləman” adlı mənfi obraza həyat verdim”.
Leyla Babayeva istirahət üçün çox sayda ölkəyə getdiyini də söyləyib:
“Hər zaman olduğu kimi istirahətimə də xüsusi əhəmiyyət verirəm. Dincəlməyi çox sevirəm. Son bir ayda bir çox ölkədə dincəldim. Konkret olaraq, Gürcüstan, Qətər, Türkiyə və İraqa getdim”.
O, başqa layihələrdən də təkliflər aldığını açıqlayıb:
“Son zamanlarda bir neçə film və serial təklifi almışam. Lakin onların heç birini qəbul etməmişəm. Ümumiyyətlə, mənə uyğun rol olmayanda rədd edirəm”.
Pərviz

