“Kurtlar Vadisi Kaos” başlayır? – Eksklüziv AÇIQLAMA

MƏDƏNİYYƏT
16:16 / 16.01.2026
182

Son günlərdə Türkiyənin əfsanəvi serialı “Kurtlar Vadisi”nin yenidən başlayacağına dair iddialar yenidən gündəmə gəlib.

Düzdür, bu iddialar vaxtaşırı səslənsə də, “Kurtlar Vadisi” 10 ilə yaxındır yayımlanmır. Hər dəfə layihənin “Kurtlar Vadisi Kaos” adı ilə başlayacağı yazılır. Hətta Necati Şaşmaz da bununla bağlı bir neçə dəfə açıqlama verib, layihənin ssenarisinin belə hazır olduğunu deyib. Ancaq ekran işini yayımlamaq üçün hansısa telekanalla anlaşıla bilmədiyi üçün proses bu qədər uzanıb.

2026-cı ilin əvvəllindən etibarən sosial şəbəkələrdə növbəti dəfə “Kurtlar Vadisi”nin başlayacağı ilə bağlı müxtəlif tarixlər yazılır. Hətta aktyor heyətinin belə bəlli olduğu kimi paylaşımlara rast gəlmək mümkündür.

Bəs həqiqətən yaxın zamanda “Kurtlar Vadisi Kaos”un başlama ehtimalı varmı?

Hit.az-ın “Pana Film”ə yaxın mənbələrdən əldə etdiyi eksklüziv məlumata əsasən, hazırda “Kurtlar Vadisi Kaos”un başlaması ilə bağlı hansısa çalışma aparılmır:
“Sözegedən paylaşımlar həqiqəti əks etdirmir. Hər zaman olduğu kimi “like” yığmaq üçün edilən yalan paylaşımlardır. Hazırda belə bir çalışma olmadığı kimi, hansısa aktyorlarla da görüşüldüyü barədə deyilənlər səhvdir. “Kurtlar Vadisi” bir gün geri qayıda bilər, amma bu yaxın zamanda olmayacaq”.

Elmir Mustafa
 

0