Elşad Xose azadlığa buraxıldı

MƏDƏNİYYƏT
11:28 / 19.01.2026
47

Tanınmış reper Elşad Xose həbsdən azad edilib.

Reper polisin müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb. Xatırladaq ki, 47 yaşlı sənətçi bir neçə gün əvvəl Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 15 sutkalıq həbs tədbiri seçilmişdi.

Elşad Xose qərardan apelyasiya şikayəti verərək tanınmış şəxs olduğunu və səhhətində problemlər olduğunu bildirərək azadlığa buraxılmasını tələb etmişdi. Lakin Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdı.

0