Türkiyədə ötən həftənin ən çox baxılan serialları bəlli olub.
Hit.az xəbər verir ki, “Uzak Şehir” ənənəvi olaraq yenə də zirvədə yer alıb.
“ATV” uzun müddət sonra “A.B.İ.” ilə siyahıya qayıdıb. Üstəlik, Kənan İmirzalioğlunun baş rolunda çəkildiyi ekran işi ilk bölümü ilə bütün kateqoriyalarda həftənin ən çox izlənilən 3-cü serialı olub. “Eşref Rüya”, “Halef: Köklerin Çağrısı”, “Güller ve Günahlar”, “Kanal D”, “Teşkilat” və “Kızılcık Şerbeti” kimi iddialı seriallar isə geriləyib.
Beləliklə, 12-18 yanvar tarixlərində “Total” kateqoriyasında ən çox baxılan serialları təqdim edirik:
1. “Uzak Şehir” – “Kanal D”
2. “Taşacak Bu Deniz” – “TRT1”
3. “A.B.İ.” – “ATV”
4. “Eşref Rüya” – “Kanal D”
5. “Halef: Köklerin Çağrısı” – “Now TV”
6. “Güller ve Günahlar” – “Kanal D”
7. “Teşkilat” – “TRT1”
8. “Gönül Dağı” – “TRT1”
9. “Kızılcık Şerbeti” – “Show TV”
10. “Arka Sokaklar” – “Kanal D”
Aslan


