“İki qapı arasında”nın ulduzları neçə yaşındadır? - SİYAHI

MƏDƏNİYYƏT
10:40 / 23.01.2026
181

Hazırda ölkənin ən sevilən komediya seriallarından biri “İki qapı arasında”dır.

“ATV” telekanalında yayımlanan layihəyə maraq olduqca böyükdür. Ekran işi qısa zamanda geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Serial gündəlik həyatın içindən götürülmüş hadisələri səmimi yumor və rəngarəng obrazlar sayəsində izləyiciləri ekran başına toplayır. Belə olduğu üçün layihənin aktyorlarına maraq yaranır.

Bu səbəbdən Hit.az “İki qapı arasında” serialının aktyor və aktrisalarının doğum tarixlərini araşdırıb. Maraqlıdır, onlar neçə yaşındadır?

Beləliklə, layihənin sevilən simalarının dünyaya gəldikləri tarixləri təqdim edirik:

Elməddin Cəfərov – 1 yanvar 1981 
Mətanət Əliverdiyeva – 13 mart 1973
Vəfa İsmayılova – 18 sentyabr 2000
Əsmər Rüstəmli – 3 oktyabr 1991 
Ülviyyə Əliyeva – 15 sentyabr 1982
Mətləb Səfərli - 18 sentyabr 1975
Elnur Hüseynov – 31 yanvar 1973

Aslan

0