“Yeraltı” necə başladı? - REYTİNQLƏR

MƏDƏNİYYƏT
11:23 / 29.01.2026
145

Ötən axşam Türkiyədə daha bir serial yayımlanmağa başlayıb.

Hit.az xəbər verir ki, “Now TV”-nin iddialı serialı “Yeraltı”nın birinci bölümü nümayiş olunub.

Lakin ekran işi uğurlu başlanğıc edə bilməyib. Layihə “Total” kateqoriyasında 5,69 balla 3-cü olub. “AB”-də 3,87 ilə 4-cü, “ABC1”-də isə 5,59 balla 3-cü sırada qərarlaşıb. Ən çox izlənən serial isə “Eşref Rüya” olub. Buna rəğmən, “Yeraltı” “Sahipsizler” və “Kuruluş Orhan” kimi serialları geridə buraxmağı bacarıb. “Qalatasaray”ın “Mançester Siti” ilə matçının da reytinqlərə təsir etdiyini qeyd etmək lazımdır. 

Xatırladaq ki, “Yeraltı”da Deniz Can Aktaş, Devrim Özkan, Uraz Kaygılaroğlu, Sümeyye Aydoğan, Emir Benderlioğlu, Burak Sevinc və Mehmet Yılmaz Ak kimi məşhurlar çəkilir.

Aslan
 

0