"Survivor"dan diskvalifikasiya edildi

MƏDƏNİYYƏT
15:15 / 02.02.2026
49

Aktyor Barış Murat Yağcı "Survivor 2026" yarışmasından diskvalifikasiya edilib.

Axşam.az xəbər verir ki, buna səbəb onun Türkiyədə aparılan istintaq çərçivəsində saxlanılması olub. Hadisənin ardınca yarışmanın istehsalçı heyəti Yağcının proqramda iştirakına rəsmi şəkildə son qoyub.

Eyni zamanda qeyd olunub ki, Yağcı yarışma zamanı Dominikan Respublikasında olduğu üçün barəsində verilən saxlanılma qərarı dərhal icra olunmayıb. Lakin yaranmış vəziyyət və hüquqi problemlər nəzərə alınaraq, onun şouda qalması mümkün hesab edilməyib və o, diskvalifikasiya olunub.

Bununla yanaşı bəzi mənbələrdə Yağcının yarışma qaydalarını pozduğu, texniki heyətə aid ərzaqları götürdüyü üçün cəza aldığı, daha sonra sözügedən hadisələrin yaşanması qərara təsir edib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə aparılan narkotiklə bağlı əməliyyat çərçivəsində Yağcı da daxil olmaqla bir çox məşhur barəsində saxlanılma qərarı verilib. 

0