Hazırda Türkiyənin ən reytinqli serialı “Uzak Şehir”dir.
“Kanal D”də yayımlanan ekran işi hər həftə reytinqləri alt-üst edir. Layihə həm günün, həm həftənin, həm ayın, həm də mövsümün ən çox baxılan serialı ünvanına sahibdir. “Uzak Şehir”ə olan maraq sərhədləri də aşıb, bütün dünyada izlənilən seriallardan biri olmağı bacarıb.
Üstəlik, ölkəmizdə də ən çox izlənilən türk serialları arasında birincidir. Belə olduğu təqdirdə, ekran işində çəkilən aktyor və aktrisalara da böyük maraq var. Bu səbəbdən də onların yaşlarını araşdırmağa qərar verdik...
Hit.az “Uzak Şehir”in ulduzlarının yaşlarını araşdırıb:
1. Ozan Akbaba (Cihan) – 43 yaş (9 iyun 1982)
2. Sinem Ünsal (Alya) – 32 yaş (21 iyun 1993)
3. Gonca Cilasun (Sadakat) – 60 yaş (1 yanvar 1966)
4. Atakan Özkaya (Kaya) – 27 yaş (29 iyun 1998)
5. Alper Çankaya (Şahin) – 35 yaş (7 mart 1990)
6. Sahra Şaş (Nare) – 31 yaş (15 noyabr 1994)
7. Dilin Döğer (Zerrin) – 30 yaş (22 fevral 1995)
8. Ferit Kaya (Demir) – 41 yaş (24 fevral 1984)
9. Müfit Kayacan (Ecmel) – 67 yaş (17 yanvar 1959)
10. Burç Kümbetlioğlu (Boran) – 45 yaş (14 sentyabr 1980).
Pərviz


