Aktrisadan müğənnilərə atmaca: “Sənətləri olmadığı üçün bir-birlərinə söz atırlar”

MƏDƏNİYYƏT
12:45 / 13.02.2026
143

“Bir müddətdir çəkilişlərə fasilə vermişəm”.

Bu sözləri tanınmış aktrisa Gülmira Fərzəliyeva Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən danışıb:
“Çəkilişlərdən çox yorulmuşam. Bəzi çəkiliş məkanları çox soyuq olur. Həmçinin, bəzi məkanlardakı şəraitsizlik və yaxşı olmayan yeməklər də səhhətimə mənfi təsir edir. Mən isə əsəb və stessdən uzaq olmalıyam. Halbuki istər çəkilişlərə, istərsə də canlı yayımlara gecikməmək üçün çox həyəcanlanıram. Çox məsuliyyətli olduğum üçün gecikəndə həyəcan keçirirəm. Bütün bunlara görə bir müddətdir çəkilişlərdən uzağam”.

Lakin aktrisa təkliflər aldığını deyib:
“Serial, film və proqram təklifləri gəlir. Amma onların heç birini qəbul etmirəm. Bir müddət sadəcə öz istirahətimə vaxt ayırıram. Bakıda az oluram, əsasən gəzintilərə gedirəm. Nə vaxt qayıdacağım da bəlli deyil”. 

Gülmira Fərzəliyeva bəzi məşhurların gündəmə gəlmək üçün bir-birlərinə söz atdıqlarını söyləyib:
“Hazırda efirlərimiz bərbad günə qalıb. Efirdə 5-6 müğənni var, onlar da bir-birinin arxasınca danışırlar. Əslində, yaxın dostdurlar, lakin efirdə bir-birlərinə söz atırlar. Çünki bizim ölkədə gündəmə gəlmək çox asandır. 

Efirə çıxıb kiməsə söz atmaq bəs edir. Yəni bizdə gündəm çox ucuz və bəsitdir. Gündəmə gəlmək üçün aylarla əziyyət çəkmədən, cəmi bir efirlə buna nail olurlar. Sənətləri olmadıqları üçün çıxış yolunu ancaq bunda görürlər”.

 Pərviz Şimşək

 

0