"Efirə çıxanların əksəriyyəti gecə klublarında çıxış edənlərdir" - Əli Mirəliyev

MƏDƏNİYYƏT
13:10 / 17.02.2026
138

"Azərbaycan musiqisi bu gün ölür, yox olur. Efirlərdə dəhşətli, iyrənc bir janr səslənir"

Bu sözləri məşhur müğənni Əli Mirəliyev Hit.az-a açıqlamasında deyib. 

O qeyd edib ki, bu gün efirlərdə səslənən mövzular və mahnılar mədəniyyətimizə, milli kimliyimizə uyğun deyil: 

"Elə bil Azərbaycan musiqisi ölüb və onu basdırıblar, əvəzində isə yeni bir "bəla" janrı yaranıb. Hamı da eyni janrda oxuyur. Efirlərə dəvət olunanların əksəriyyəti gecə klublarında çıxış edənlərdir və onlar bizim musiqimizi çətin vəziyyətə salıblar. Neçə illərdir Azərbaycan musiqisinin əldən getməsi ilə bağlı çağırışlar edirəm, amma qulaq asan yoxdur".

Sənətçi vurğulayıb ki, bizim musiqimiz Üzeyir Hacıbəyovdan başlayır:

"Ancaq təəssüf ki, indi musiqimizi Üzeyir Mehdizadə davam etdirir. Bu, bizim üçün böyük dərddir. Bu səbəbdən də efirlərə dəvət olunanlardan narazıyam. Müəyyən bir qisim var ki, az da olsa Azərbaycan musiqisini yaşadır. Lakin onlar da toysuz qalırlar. Toylara gedən müğənnilərin əksəriyyəti isə səviyyəsiz və musiqi duyumu zəif olanlardır. Onlar da bizi geri salır, ana laylamızı unutdururlar".

Günel

0