“Gönül Dağı”nda yeni aktrisa – FOTO

MƏDƏNİYYƏT
10:56 / 19.02.2026
85

Türkiyənin “TRT1” telekanalının iddialı serialı “Gönül Dağı”nın heyətinə daha bir məşhur qatılıb.

Hit.az xəbər verir ki, aktrisa Hülya Şən də ekran işində çəkiləcək.

O, layihədə “Nurten” obrazına həyat verəcək. Aktrisa 209-cu bölümdən etibarən ekran işində rol alacaq.

Qeyd edək ki, 57 yaşlı sənətçi karyerası ərzində “Kaybolan Yıllar”, “Küçük Kadınlar”, “Tatar Ramazan”, “O Hayat Benim”, “Avlu”, “Kırmızı Oda” və “Hudutsuz Sevda” kimi yüksək reytinqli seriallarda çəkilib.

Aslan

0