Aparıcı Vüsalə Əlizadə son günlər verilişlərlə bağlı şikayətlərə, proqramların yayımının dayandırılmasına reaksiya verib.
Hit.az xəbər verir ki, o, proqramında qonaqları qalmaqaldan uzaq tutmağa çalışdıqlarını deyib:
"Bizdə böyük-kiçik yeri, etiket qaydaları, hörmət qorunur. Bəlkə, başqa aparıcı başqa yerdə buna diqqət yetirməz. Burada şərtlər var. Mən isə heç kimin bostanına daş atmamışam, kiminsə sənətinə zərər gəlməsinə, şəxsisinə toxunmağa, qalmaqala düşməsinə şərait yaratmamışam. Ona görə də seçilmişlərdənik. Ən gözəl proqramları təqdim etmişik. Biz 3 il gözəl layihələr təqdim etdik. Burada böyük güvən, etibar var. Neçə gəncə dəstək olduq".


