İrəm Derici nişanlısı ilə barışdı

MƏDƏNİYYƏT
17:30 / 02.03.2026
46

Türkiyəli müğənni İrəm Derici bir müddət əvvəl ayrıldıqlarını dediyi nişanlısı Melih Kunukcu ilə bağlı paylaşım edib.

Hit.az xəbər verir ki, ifaçı nişanlısı ilə barışdıqlarını və bundan sonrakı prosesləri yalnız ailədaxilində edəcəklərini açıqlayıb:

"15 ildir məşhur olduğumu tam olaraq anlaya bilmədim. Bəlkə də ona görə bu qədər yeniyetmə kimi davranışlarım var. Amma iş bəzən dəyişir, məni olduğum kimi qəbul edən, kraliça kimi davranan bir adamı niyə bu qədər diqqət mərkəzinə çevirirsən?!

Özümə də, ona da əsəbiləşirəm, amma daha çox özümə. Çünki buranı vatsap qrupum kimi istifadə etməyi seçən mənəm. Biz ailə böyüklərimizlə bir yola çıxdıq və nişanımız həyatımızın ən gözəl günü idi. Ailəmizdən səmimi qəlbdən üzr istəyirəm, sizin sonsuza qədər yeniyetmə bir qızınız var, taleyinizə də İrem düşüb. 

Amma bu mövzudan faydalanmaq naminə haqqımızı pozmağa çalışan, seçimlərimizi iki ucuz bəyənmə xatirinə material edən hər kəs də bilsin ki, məhkəmədə yanınızda görmək istəməyəcəyiniz son insanı hədəf seçmisiniz. Ev, torpaq, valyuta, qızıl və sair nə varsa, indidən satın, rahat olun, pulunuz çox gözəl ürəkli dərnəklərə gedəcək. 

Toy, şənlik, övlad xəbəri xaric, bu münasibət artıq olması olduğu kimi, öz içində yaşanacaq".

0