"Efirdə "10 ev aldım" demək ayıbdır"

MƏDƏNİYYƏT
18:30 / 02.03.2026
54

Əməkdar artist Vasif Məhərrəmli sənət adamlarının mülklərini sadalamasını təqnid edib.

Hit.az xəbər verir ki, müğənni "İncə səhər" proqramında bu haqda danışıb. O bildirib ki, ifaçıların efirdə mülklərini sadalaması xoşagəlməz haldır:

"Tanınmış simayıq. İnsanlara hansı evdə yaşamağımız maraqlıdır. Yığışıb hansısa sənət adamının evində çəkiliş etmək, qohumlarını danışdırmaq normaldır. Amma mətbəxi çıxardıb tökmək olmaz. Yarışmaq olmaz. "Mahnı oxudum, 10 ev aldım" demək olmaz. Kimin nəyi var, sağlığına qismət. Olmaz bunu ortaya tökmək. Bizim pulumuz kiminsə gözündə milçək vızıltısıdır. Kiminsə gözündə dağdır".

0