Müğənni Rəqsanə İsmayılova bir müddət əvvəl böyük qalmaqal yaşadığı jurnalist Səidə Bəkirqızının verilişinin qonağı olub.
Hit.az xəbər verir ki, o, ilk dəfə kiçik qızının xəstəliyi barədə danışıb:
"Heç vaxt danışmamışam. Müalicə alır. İnşallah yaxşı olacaq. Həbsdən çıxıb evə gələndə onun dili tutuldu. İnanmadılar ki gəlmişəm məəttəl qalmışdılar. Özümü yatmışlığa vurmuşdum. Qızım əli ilə yoxlayırdı ki həqiqətən yanındayam. Oğlum nasazdı ağrayır amma o həyatı tam düşmür bilmirdi ki nə baş verir? Qızım çox başa düşür. Qızım rusdilli uşaqdır. Azərbaycanca az başa düşür. Mənim qalmaqalımda çox narahat olmuşdu, vəziyyəti daha da pisləşmişdi. Deyirdi ki, tərcümə edin, görüm anama nə olacaq?".
Sənətçinin səmimi etirafı diqqət çəkib çoxsaylı şərhlər yazılıb.(Milli.Az)

