Ofeliya Sənaninin cavanlıq sirrini açdı

MƏDƏNİYYƏT
23:00 / 15.03.2026
52

Tanınmış diktor Tamilla Ələkbərova Xalq artisti Ofeliya Sənaninin gənc qalma sirrini açıqlayıb.

 

Axşam.az xəbər verir ki, diktor bu haqda "Ötən günlər" proqramında bəhs edib.

"Biz yol yoldaşı olmuşuq. Ofeliya xanımla bir otaqda qalırdım. Ona həsəd aparırdım. Səhər oyanırdı, başlayırdı idmana. Deyirdi, gəl, uzan yanımda idman edək. Gəzirdik, hamıdan qabaqda birinci gedirdi. İşə gəlirdi, soyuqda. Deyirdim, gəl bir çay dəmləyim. Gedirdi, hamı ilə görüşürdü. Rəhmətlik Valid isə (həyat yoldaşı, ssenarist Valid Sənani - red.) dayanırdı maşında, heç nə demirdi. Biz diktorların hamımızın həyat yoldaşı gözəl olub, amma Valid tam başqa idi. Ofeliyaya heç vaxt nəsə deməzdi. Ona görə də indi Ofeliya 85 yaşına çatıb".

0