Sərvər Əliyevə Dağıstanda fəxri ad verildi

MƏDƏNİYYƏT
12:39 / 28.03.2026
44

Azərbaycanın Əməkdar artisti, rejissor Sərvər Əliyev Dağıstan Respublikasında fəxri ada layiq görülüb.

 

Qaynarinfo xəbər verir ki, Sərvər Əliyev Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adı ilə təltif olunub.

 

Qeyd edək ki, Əməkdar artist 2024-cü ildə Dərbənd Azərbaycan Dram Teatrına baş rejissor təyin olunub. Bundan əvvəl isə Sərvər Əliyev 2014-cü ildən 2017-ci ilə qədər Ağdam Dövlət Dram Teatrının, 2017-ci ildən isə İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb.

0