Ötən gün Türkiyədə daha bir serial yayımlanmağa başlayıb.
Hit.az xəbər verir ki, “Delikanlı” serialının ilk bölümü “Star” telekanalında yayımlanıb.
Ekran işinin ilk bölümü “Total” kateqoriyasında 9-cu olub. Serial “AB”də 4-cü, “ABC1”də isə 7-ci yerdə qərarlaşıb. Yəni “Delikanlı” “Total” kateqoriyasında “Uzak Şehir” və “Cennetin Çocukları”nın çox gerisində qalıb. Üstəlik, iddialı layihə gündəlik serial olan “Gelin”dən sadəcə 0,5 reytinq yüksək toplayıb. Bu isə pis başlanğıc hesab olunur.
Qeyd edək ki, layihənin baş rollarında Mert Ramazan Demir, Melis Sezen, Salih Bademci və Mina Demirtaş kimi məşhurlar çəkilir.
Aslan


